Bakıda mağazanın tualetində meyit tapıldı

Bakıda mağazanın tualetində meyit tapılıb.

Hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən mağazanın sanitar qovşağında qeydə alınıb.

Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Nurməmməd Məmməd oğlu Quliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti mağazanın sanitar qovşağında aşkar edilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.  (lent.az)

01.04.2025 00:29
600