Bakının Nəsimi rayonu ərazisində mağazaların birinin qarşısından motosiklet oğurlanıb.
Bu barədə mağaza sahibi Çinarə Məmmədli BAKU.WS-in “qaynar xətti”nə bildirib.
Onun sözlərinə görə, iyunun 5-də saat 20:41-də naməlum şəxs Alı Mustafayev küçəsində yerləşən mağazanın qarşısında saxlanılan motosikleti oğurlayıb.
“Motosikleti 2 il əvvəl 3800 AZN-ə almışdım”, - deyə Çinarə xanım vurğulayıb.
Oğurluq müşahidə kamerasına düşüb. Görüntülərdən də anlaşılır ki, bir nəfər motosikleti oğurlayır.
Hadisədən sonra polisə məlumat verilib. Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsindən məsələ ilə maraqlanıblar. Xanım bölməyə dəvət olunub və onun izahatı alınıb.
Hazırda oğurluğu törədən şəxsin tapılması istiqamətində araşdırma aparılır.
Oğurluq hadisəsinin görüntülərini təqdim edirik: