Bakıda mağazadan 80 min manatlıq oğurluq olub

Bakıda mağazadan oğurluq olub.

DİN-dən Musavat.com-a verilən xəbərə görə, Nərimanov rayonu ərazisindəki mağazaların birindən 80.000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nazir Cavadov və Ağdaş rayon sakini Mehman Məcidov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

15.11.2023 10:56
613