Bakıda lazer ustası dələduz çıxdı - Ana olmaq üçün...

Bakıda qızıl alveri adı ilə vətəndaşlara qarşı dələduzluq edilib.

Gülşən Əhmədova dələduzluqda təqsirli bilinərək saxlanılıb. O, qızıl alveri etmək adı ilə bir neçə nəfərə yalan vəd verib və onların ümumilikdə 30 min manatdan artıq pulunu ələ keçirib.

Hadisənin qəribə tərəfi isə Gülşənin dələduzluqla ələ keçirdiyi pulları hara sərf etməsidir. Əldə edilən məlumata əsasən, qadın uzun müddət ana olmaq arzusunda olsa da, bu baş verməyib. Nəticədə o, cinayət yolu ilə qazandığı həmin pullarla özünün süni mayalanma və digər tibbi xərclərini qarşılayıb.

Həmçinin G.Əhmədova lazer ustası kimi fəaliyyət göstərib.

İş üzrə ümumilikdə 7 nəfər zərərçəkən var.

Məhkəmə tərəfindən Gülşən Əhmədova barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir. (lent.az)

16.03.2024 21:50
1276