Bakının Sabunçu rayonunda ehtiyatsızlıq ölümə səbəb olub.
Hadisə Nardaran qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Hüseynəli Musa oğlu Əsgərov evində laqunda ilə işləyərkən qolunun bazu sümüyünü kəsib.
Ailə üzvləri onu xəstəxanaya çatdırsalar da, yaralı dünyasını dəyişib.
Həkimlərin verdiyi məlumata görə, kişinin ölümünə səbəb qan itirməsi olub.
Faktla bağlı araşdırma aparılır. (APA)