Bakıda küçədə meyit tapılıb.
Lent.az-ın xəbərinə görə, hadisə paytaxtın Nizami rayonunda baş verib.
Rayon ərazisində küçədən 40-45 yaşlarında naməlum kişi meyiti aşkar edilib. Hazırda onun şəxsiyyətinin və ölüm səbəbinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.