Bakıda kişi küçədə qəflətən dünyasını dəyişib.
Musavat.com lent.az-a istinadən bildirir ki, hadisə Nizami rayonu ərazisində baş verib. 66 yaşlı A. Ömərov "8-ci kilometr" qəsəbəsində küçədə qəflətən yıxılaraq ölüb.
Onun meyitini ətrafdan keçənlər aşkar ediblər.
Mərhumun xəstəlik səbəbilə öldüyü məlum olub