Bakıda kişini intim videoya çəkib şantaj edən 4 nəfər tutuldu

Bakıda kişinin intim videosunu gizli çəkərək onu şantaj edən 4 nəfər tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, X.Qulamov (şərti ad) adlı vətəndaş Xəzər RPİ-yə müraciət edərək tanımadığı şəxslər tərəfindən hədələndiyini deyib.

O bildirib ki, bir müddət əvvəl paytaxt ərazisində qadınla tanış olub və həmin qadınla intim münasibətdə yaşayan zaman xəbəri olmadan videoları lentə alınıb.

Sonradan bir qrup şəxs tərəfindən həmin videolarla şantaj edildiyini deyən şikayətçi, onlara görüntülərin yayılmaması müqabilində 3000 manat pul verdiyini bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Bakı və Sumqayıt şəhər sakinləri, 1984-cü il təvəllüdlü Fəyaz Səlimov, 1986-cı il təvəllüdlü Əli Məmmədov və dəstənin daha 2 qadın üzvü saxlanılıblar.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

04.04.2024 21:21
1970