Bakıda kişi özünü 17-ci mərtəbədən atdı

Bakı sakini özünü 17-ci mərtəbədən atıb.

Musavat.com APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Özbəkistan küçəsində qeydə alınıb.

Şəhər sakini, Mirabdulla Babayev hündürmərtəbəli binanın 17-ci mərtəbəsindən ataraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

01.11.2022 09:27
1081