Bakıda kişi mağazadan çörək alarkən bıçaqlanıb

Bakının Nəsimi rayonunda yaşlı kişi bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Süleyman Rüstəm küçəsində qeydə alınıb. 1956-ci il təvəllüdlü Əliyev Şöhlət Bəyməmməd oğlu mağazadan çörək alıb evə gedərkən naməlum şəxslə mübahisə edib. Mübahisə zamanı o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

23.01.2023 04:47
1281