Bakıda kişi dostu tərəfindən bıçaqlanıb

Bakının Sabunçu rayonunda evdə dava zamanı bir nəfər bıçaqlanıb.

Hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

1968-ci il təvəllüdlü Yelikov Andrey Yuriyeviç yaşadığı evdə dostu ilə əlbəyaxa olub və bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır. (APA)

08.03.2024 11:23
673