Bakıda kişi dilənməkdən imtina edən arvadını öldürdü - TƏFƏRRÜAT

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Qədir Qasımovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs Qədir Qasımov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

42 yaşlı Qədir Qasımov qısqanclıq zəminində həyat yoldaşı 37 yaşlı Zülfiyyə Xamoyevanı kəsici alətlə qətlə yetirib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Qədir Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə onların uşaqlarıın gözü qarşısında baş verib. Qətli törədən şəxs içki düşkünü olub. Qətl hadisəsi Zülfiyyənin bacısının evində baş verib.

Məlum olub ki, Qədir Qasımov arvadını dilənmək yolu ilə pul qazanmağa məcbur edib.

Mərhumun qohumları iddia edir ki, təqsirləndirilən şəxs qaraçıdır. Bildirib ki, övladları işləmək yolu ilə pul qazanmaq istəsə də, əri onun dilənmək yolu ilə pul qazanmağı tələb edib.

Ona qarşı 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 157.1-ci (mənzil toxunulmazlığını pozma) maddələri ilə ittiham irəli sürülüb.//Teleqraf.com

09.08.2024 18:57
810