Bakıda kişi bıçaqlanıb

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, olay Binə qəsəbəsində qeydə alınıb. Sovxoz adlanan ərazidə 1972-ci il təvəllüdlü İbadov Valeh Nuri oğlu tanımadığı şəxslə mübahisə zamanı bıçaqlanıb. Yaralı qarnın ön səthinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

27.01.2023 04:09
561