Bakıda kişi avtomobildə sirkə turşusu içib canına qəsd etdi

Bakıda intihar baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 52 yaşlı Mübariz Fərhadov idarə etdiyi avtomobildə sirkə turşusu içib.

Dərhal xəstəxanaya aparılan M.Fərhadovu xilas etmək mümkün olmayıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırılma aparılır.

16.07.2024 23:51
767