Bakıda kişi arvadını bıçaqladı

Bakının Xətai rayonunda ailə münaqişəsi zəminində ər həyat yoldaşını üzündən bıçaqlayıb.

"Report"un məlumatına görə, 1981-ci il təvəllüdlü Yüsifova Cəmilə Vidadi qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz nahiyəsinin kəsilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

28.04.2023 04:36
1018