Bakıda kafelərin birindən 5400 manat pul oğurlanıb.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən kafelərin birindən 5400 manat pul oğurlamaqda şübhəli bilinən Rəşid Məlikov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.