Bakıda kafedə qumar oyunları təşkil edən şəxs TUTULDU

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Məmmədli qəsəbəsi ərazisində yerləşən kafelərin birində qumar oyunlarının təşkili aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Özünə məxsus kafedə qumar oyunları təşkil etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

30.11.2023 16:40
920