Bakıda 27 yaşlı qadın itkin düşüb.
Musavat.com-un məlumatına görə, hadisə avqustun 11-də Səbail rayonu, Salyan yolu 32 ünvanında qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Hacıyeva Dinara Vüsal qızı işlədiyi "Gəncə təndiri" adlı çörək sexindən saat 21 radələrində çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində araşdırma aparılır.