Bakıda intiharı təbliğ edərək qəhvə satırlar - FOTO

Bakıda sakinləri ölümə səsləyən köşklər fəaliyyətə başlayıb.

Musavat.com Avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonunda vətəndaşları intihara təhrik edən qəhvə köşkləri fəaliyyətə başlayıb. Köşklərdən biri əməkdaşlarımız tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qarşısında, Hüseyn Cavid parkı ilə üzbəüz görüntülənib.

Əldə edilən məlumata əsasən, həmin səyyar satış məntəqəsi artıq şəbəkə şəklində fəaliyyət göstərir. Köşkün üzərindəki yazıları diqqətlə oxuduqda görünür ki, paytaxtın mərkəzi, ən işlək küçələrindən biri, üstəgəl gənclərin, tələbələrin ən çox istifadə etdiyi ərazidə intiharın təbliğatı ilə məşğul olunur.

Menyuda müştərilərə təqdim edilən içki "intihar kofe" adlandırılıb. "Arauşağı" adı altında fəaliyyəti göstərən qəhvə şəbəkəsi köşkə müştəri cəlb etmək üçün seçdiyi uğursuz şüar isə "bu gün intihar edim, yoxsa kofe içim?" olub. Maraqlısı da odur ki, artıq bir müddətdir işləyən səyyar satış köşkünə, hətta AMEA-dan belə reaksiya verilməyib.

22.07.2024 14:40
1416