Bakıda insan skeletinin kəllə və sümükləri aşkarlandı

Binəqədi rayonu Baksyol qəsəbəsi ərazisində insan skletinin kəllə və 2 ədəd bazu sümüyünə bənzər sümüyün aşkar edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, bununla bağlı rayon prokurorluğunda araşdırma başlanılıb.

Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.

Musavat.com

20.07.2023 12:34
676