Bakıda İNANILMAZ OLAY! Zəlzələdən sonra SİRLİ QALA üzə çıxdı

“Sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb”.

APA-nın sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən xəbərə görə, məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün hazırda əraziyə mütəxəssis qrupu göndərilib.

“Əraziyə baxışdan sonra mətbuata əlavə məlumat veriləcək”, - məlumatda vurğulanıb.

08.12.2023 13:52
2268