Bakıda iki maşın toqquşub, sürücü və azyaşlı ölüb

Xəzər rayonunda Qala-Türkan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hunday” markalı avtomobillər toqquşub. İlkin məlumata görə, “VAZ-2107” avtomobilin sürücüsü və sərnişini olan azyaşlı ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

20.12.2022 18:19
587