Bakıda idarəetməni itirən avtomobil işıqforu yararsız hala salıb

Paytaxtın Nəsimi rayonunda idarəetməni itirən avtomobil işıqforu yararsız hala salıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, hadisə bu gün günorta saatlarında Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən qısa müddət ərzində piyada işıqforunun bərpası təmin ediləcək.

05.06.2024 18:20
440