Bakıda Əhmədlidəki hipermarketdə atışma nəticəsində zərərçəkənlərin adları məlum olub.
Musavat.com xatırladır ki, atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölən şəxs Həsənov Rüfət Rahib oğludur.
Onun polis əməkdaşı olması barədə məlumatlar yayılıb. Daxili İşlər Nazirliyindən Musavat.com-a bildirilib ki, ölən H.Rüfət Rahib oğlu polis əməkdaşı deyil.
Qeyd edək ki, Şaydayev Samir Ruslan oğlu kürək nahiyəsindən 2 güllə yarası alıb. Adı açıqlanmayan 1 nəfər isə sağ çiynindən güllələnib.