Bakıda hamilə bacısını bıçaqlayan şəxs saxlanılıb

Sabunçu rayonunda bacısına bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 1992-ci təvəllüdlü Yasər Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

***

Bakının Sabunçu rayonunda ailə-məişət zəmnində bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Yefim Saratov küçəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Qasımova Yasəmən Muraz qızı qardaşı tərəfindən əvvəlcə döyülüb.

Daha sonra o kürək nahiyyəsindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda o, cərrahi əməliyyat edilir.

Qeyd edək ki, Y.Qasımova hamilədir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

20.01.2023 00:44
557