Bakıda GÜCLÜ YANĞIN - FOTO, VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub. 

Bu barədə Musavat.com-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

***

Bakının Xətai rayonunda, NZS adlanan ərazidə yanğın baş verir. 

Musavat.com xəbər verir ki, əraziyə yanğınsöndürən maşınlar cəlb edilib. 

Yanğının boş ərazidə baş verdiyi bildirilir. 

 

Musavat.com

24.07.2023 21:59
2740