Bakıda güclü külək nəticəsində 6 qadın xəsarət alıb


Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 6 nəfər (qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Musavat.com-a  Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yaralananlar müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.

04.04.2022 14:22
584