Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında güclü külək əsəcək.

Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Paytaxt və yarımadada noyabrın 11-i gündüzdən 12-si axşamadək cənub küləyinin 15-18 m/s, arabir 20-23 m/s, 13-də gündüz isə şimal-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

11.11.2023 15:25
1365