Bakıda gözəllik salonunda törədilən qətllə bağlı cinayət işi başlanıb.
Bu barədə Xətai rayon prokurorluğundan bildirilib.
Oktyabrın 26-sı 1987-ci il təvəllüdlü Pərvanə Tanrıverdiyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1982-ci il təvəllüdlü Zamin Tanrıverdiyevin Xətai rayonu ərazisində yerləşən gözəllik salonlarının birində aralarında yaranmış mübahisə zamanı Pərvanə Tanrıverdiyevaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zamin Tanrıverdiyev şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.