Bakıda gözəllik salonlarından bahalı telefonların oğurlanma görüntüləri - ANBAAN VİDEO

Bakıda gözəllik və gül salonlarından 9 min manatlıq oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki iki gözəllik və bir gül salonundan orada işləyən 3 nəfərin 9 min manat dəyərində 5 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rövşən Rəhimov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

18.04.2022 16:28
855