Paytaxtın Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində tikilən obyekt piyadalara çətinlik yaradır.
Musavat.com xəbər verir ki, “Loro” geyim mağazasının girişi səkinin böyük hissəsini əhatə etməklə genişləndirilib. Bu da piyadalara çətinlik yaradıb.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən bildirilib ki, qanunvericilik çərçivəsində yerli icra hakimiyyəti orqanı məlumatlandırılıb. Nərimanov rayon İcra Hakimiyyəti isə sosial mediada açıqlama verib ki, sözügedən ünvanda tikili artıq sökülüb.
Nigar,
Musavat.com