Bakıda baş verən güllələnmənin təfərrüatları məlum olub.
Musavat.com xəbər verir ki, hadisə qız üstündə baş verib.
Belə ki, hər iki gənc bir qızı sevirmiş.
Hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya mən" deyərək 24 yaşlı Tural Kosayevi güllələyib və ərazidən qaçmağa çalışıb.
Lakin ətrafdakı şəxslər onun qaçmağına mane olub və onu saxlayaraq, polisə təhvil veriblər.
Həmin anların görüntülərini təqdim edirik.
@@TVmusavat/89344@@
Video: Baku.es