Bakıda gənc qız kafenin ikinci mərtəbəsindən özünü yerə atıb -FOTO

Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Müzəffər Həsənov küçəsində qeydə alınıb. 1999-cu il təvəllüdlü Fərəcova T. R qızı özünü bacısına məxsus Günəş kafesinin ikinci mərtəbəsindən yerə atıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları araşdırır.

16.08.2022 04:06
1997