Bakıda gənc qız intihar edib.
Hadisə bu gün saat 04 radələrində Xətai rayonu M.Hadi küçəsindəki mənzillərdən birində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü A.Alışova yaşadığı Xətai rayonu M.Hadi küçəsindəki evdə çoxsaylı dərman həbləri qəbul edərək özünü zəhərləyib. O, hadisə yerində vəfat edib.
Hadisənin səbəbi hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)