Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxışması ilə əlaqədar müraciət daxil olub.
Medianews.az-ın məlumatına görə, müraciətlə bağlı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər tərəfindən müvafiq vasitələr tətbiq edilməklə dəmir halqa çıxarılıb.