Bakıda gənc oğlanı avtomobil vurub

Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Umudov Xəyal Həsən oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

26.02.2023 01:57
487