Bakıda gənc oğlanı avtomobil vurub 

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Fərmanzadə Cəsur Mehman oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

22.09.2023 00:51
605