Bakının Sabunçu rayonunda 29 yaşlı gəncin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Əliyev Ramin Rahib oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı fəqərə sütununun travması diaqnozu qoyulub. R.Əliyev reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.