Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Şağan qəsəbəsində qeydə alınıb.

2005-ci il təvəllüdlü Məmmədov Əlisakit Elşən oğlu küçədə qohumu tərəfindən bıçaqlanıb.

Zərbə onun ürəyinə tuş gəlib. Xəstəxanaya çatdırılan Ə.Məmmədov hazırda cərrahi əməliyyat edilir.

Faktı Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları araşdırır.

03.06.2024 00:36
816