Bakının Xətai rayonunda ailə münaqişəsi zəminində 25 yaşlı gənc oğlan özünə bıçaqla çoxsaylı xəsarətlər yetirib.
"Report"un məlumatına görə, 1998-ci il təvəllüdlü V. İsmayılov özünə bıçaqla xəsarətlər yetirib.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub.
V.İsmayılov bildirib ki, o ailə münaqişəsi zamanı əsəbləşdiyindən özünə xəsarət yetirib.
Hadisənin təfərrüatı araşdırılır.