Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, 20-ci sahə deyilən ərazidə dava zamanı 29 yaşlı Nicat İsmayılov tanışı tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona kürək nahiyəsində 1 ədəd kəsilmiş-deyilmiş daxilə nüfuz edən bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.