Bakıda gənc oğlan güllə yarası aldı

Bakının Yasamal rayonunda odlu silahla ehtiyyatsız davranış bir nəfərin xəsarət almasına səbəb olub.

APA xəbər verir ki, hadisə İsmayıl Talıblı küçəsində baş verib. 2006-ci il təvəllüdlü, Cəfərov Mətin Şaiq oğlu tüfəngi təmizləyərkən ehtiyyatsızlıq edib. Açılan atəş nəticəsində o, ayağından ağır xəsarət alıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

28.07.2023 02:36
560