Bakıda gənc oğlan boynundan bıçaqlanıb

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Bəhruz Nuriyev küçəsində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Musayev Qaqaş Xanlar oğlu naməlum şəxs tərəfindən boynundan bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

19.05.2022 02:37
372