Bakıda 21 yaşlı gənc bibisini bıçaqlayıb.
APA xəbər verir ki, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.
2001-ci il təvəllüdlü Yusif Hüseynzadə münaqişə zəminində bibisi, 1986-cı il təvəllüdlü Xəyalə Hüseynovaya 3 bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib, Yusif Hüseynzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.