Bakıda gecə saatlarında "Range Rover" yanıb - VİDEO

Bakıda iki avtomobilin yanması ilə nəticələnən yanğın hadisəsi baş verib.

Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, yanğın Nəsimi rayonunda qeydə alınıb.

Əvvəlcə yanğın digər avtomobildə başlayıb. Daha sonra "Range Rover" markalı avtomobilə keçib. 

Hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadası cəlb olunub.

Görüntüləri olduğu kimi təqdim edirik:

24.01.2024 09:52
861