Bakıda gecə saatlarında insident törədən idmançılar SAXLANILDI

Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.

Bununla bağlı DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən - Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

05.01.2025 10:47
2567