Bakıda FACİƏ: Ölənlər var

Bakının bir rayonunda 3 nəfər dəm qazından boğulub.

Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Rayon sakinləri – 1977-ci il təvəllüdlü İlqar İsçayılov, 1982-ci il təvəllüdlü Andrey Lakutin və 1971-ci il təvəllüdlü İrina Kərimova yaşadıqları evlərdə dəm qazından boğularaq ölüblər.

Hər üç faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır./Lent.az

21.01.2025 15:21
1369