Bakıda evdən 9 min 950 manatlıq pul və qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla evdən 9 min manat pul və 950 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı məlum olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 55 yaşlı R.Xəlilov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.