Bakıda evdən 7250 manatlıq OĞURLUQ 

Bakıda evdən qızıl-zinət əşyaları oğurlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 3-də Pirşağı qəsəbəsindəki evlərin birindən 7250 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri F.Əzimov və F.Əsgərova müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

07.11.2023 10:43
539