Bakıda evdən külli miqdarda oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, Xətai rayonu ərazisindəki mənzillərin birindən 15.000 ABŞ dolları və 5000 dollar dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.